Distant təhsil

Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi (bundan sonra – Mərkəz) ödənişli əsaslarla xarici tələbələrin distant təhsilini təşkil edir.

Mərkəz Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərir. Mərkəz hər bir şəxsin distant təhsilalması üçün zəruri imkanları təmin edir.

Mərkəzdə bakalavr, magistratura pillələrində təhsil almaqla yanaşı, ixtisasartırma, əlavə təhsil, onlayn kurslar üzrə də tədris proqramları da mövcuddur.

Distant təhsil üzrə məzunlara iki dildə (Azərbaycan və ingilis dillərində) təhsili bitirmək haqqında diplom (sertifikat) verilir. Diploma əlavədə (transkript) tədris edilmiş bütün fənnlərin siyahısı, onların kreditlərinin miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər öz əksini tapır.

Bakalavr pilləsində təhsil müddəti 3-4 ildir.

Distant təhsildə magistratura hazırlığında ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarıqları və vərdişləri formalaşdırılır, xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirilir. Magistratura pilləsində təhsil müddəti 1,5-2 ildir.

Distant təhsili əhatə edən təhsilin digər formalarının tədris müddəti proqramın müəyyən etdiyi zaman çərçivəsində dəyişə bilər.

Sənəd qəbulu yanvar ayı ərzində, tədris prosesi isə fevral ayından başlanılır.

Distant təhsil mərkəzinin əsasnaməsinə burdan  baxa bilərsiniz.

Qaydalar

Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən şəxs müraciət formasını dolduraraq distance.nsu@gmail.com elektron poçt ünvanına göndərməlidir. Sorğusu qəbul olunduqdan sonra təhsil haqqını göstərilən bank hesabına ödəyərək qəbzin surətinin elektron versiyasını distant təhsil mərkəzinin elektron poçt ünvanına təqdim etməlidir.

Bundan sonra onun adı tələbələr siyahısına daxil ediləcək və onun elektron poçtuna  istifadəçi adı və şifrə göndəriləcəkdir.

Təhsil prosesini vaxtında başa çatdırmaq üçün tədris proqramının tələblərini mütəmadi yerinə yetirməlidir.

Təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • müraciət foması (doldurulmuş şəkildə);
  • seçdiyi təhsil pilləsindən asılı olaraq aşağı təhsil pilləsini bitirmə haqqında sənədin (diplom və ya sertfikat), həmçinin keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən sənədlərin (transcript) elektron forması
  • ümumvətəndaş pasportun və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə) surətinin elektron versiyası
  • 3×4 ölçüdə foto şəklin elektron versiyası

Müraciətə müsbət cavab verildikdən sonra həmçinin sənədlərin sürətinin notarial qaydada təsdiq olunmuş surətləri universitetə poçt vasitəsilə göndərilməlidir.

İxtisaslar

İxtisasın adıİllik təhsil haqqı
İngilis dili müəllimliyi1200 USD
Fransız dili müəllimliyi1200 USD
Alman dili müəllimliyi1200 USD
Rus dili müəllimliyi1200 USD