FAKÜLTƏ HAQQINDA

Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin təməli 1999-cu ildə “Pediatriya” ixtisasına tələbə qəbulunun aparılması ilə qoyulmuşdur. Universitet Elmi Şurasının  03 iyun 2003 – cü il tarixli qərarı ilə Tibb fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır. Fakültədə 2007-ci ildə “Tibbi profilaktika”, 2011-ci ildə “Müalicə işi”, 2012-ci ildə isə “Əczaçılıq” və “Stomatologiya” ixtisasları yaradılmışdır.

Təhsil müddətində tələbələr yuxarı kurslarda (II, III, IV, V) praktiki vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin  Kayseri Erciyes, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü Yıl, Kars Kafkaz, Ankara Universitetlərinin Tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri keçirlər.

Fakültədə 4 kafedra fəaliyyət göstərir.

Fakültə dekanı: biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Sabir oğlu Əsədov

Tədris və Müalicə işləri üzrə dekan müavini: Əzizə Elxan qızı Hüseynova, biologiya üzrə fəlsəfə doktoru, baş müəllim

Fakültə tərkibində kliniki xəstəxana fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadr  hazırlığı həyata keçirilir:

  • Müalicə işi
  • Tibbi profilaktika
  • Əczaçılıq
  • Stomotologiya

1999-cu ildə “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə Naxçıvan Dövlət Universitetində ali tibb təhsilinin təməli qoyulmuşdur.

Tibbi mütəxəssislərinin hazırlıq səviy­yəsini yüksəltmək məqsədi ilə 2000-ci ildə 4 mər­təbəli, 35 çarpayılıq xəstəxanası olan tədris-kliniki korpusu “Pediatriya” ixtisası üzrə təhsil alan tələbələrin və pedaqoji kollektivin istifadəsinə verilmişdir.

Universitet Elmi Şurasının  ­­­03 iyun 2003-cü il tarixli qərarı ilə Pediatriya ixtisası «Təbiətşünaslıq-tibb» fakültəsinin tərkibindən ayrılaraq müstəqil «Tibb» fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.

2007-2008-ci tədris ilindən isə «Tibbi profilaktika» ixtisası üzrə qəbul həyata keçirilməyə başlanmışdır. 2011-2012-ci tədris ilindən səhiyyə sistemində aparılan islahatlarla əlaqədar olaraq respublikamızda “Pediatriya” ixtisası ləğv olunduğundan “Müalicə işi” ixtisası üzrə, 2012-2013-cü tədris ilindən isə “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.

Tibb fakültəsi yarandıqdan sonra elmi potensialının yüksəlməsinə xüsusi diqqət yetirilmiş və ötən dövr ərzində fakültə əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 9 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə elmi iş müdafiə etmiş və elmi dərəcə almışlar. Eyni zamanda fakültənin bir neçə əməkdaşı professor və dosent elmi adı almışlar. Hal-hazırda fakültədə fəaliyyət göstərən professor-müəllim heyətindən 1 nəfər elmlər doktoru, 12 nəfər isə fəlsəfə doktoru, dosentdir.

Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli yeni kliniki xəstəxana istifadəyə verilmişdir. Universitet xəstəxanası müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrin universitet ərazisində praktiki dərslərinin keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

Fakültənin yaradılmasının 20-ci ildönümündə, yəni 14 iyun 2019-cu il tarixdə müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binasının kollektivin istifadəsinə verilmişdir.  Yeni tədris korpusu müasir standartlara cavab verən avadanlıqlarla (müxtəlif simulyatorlar, 3D Vived anatomiya dəsti, sintetik kadavra, diş fantom dəsti və s.) təchiz edilmiş, müasir memarlıq üslubunda, geniş foyelər, işıqlı auditoriyalar yaradılmışdır.

Hazırda fakültədə 700-ə qədər tələbə təhsil alır ki, bunlardan 300 nəfərindən çoxu xarici ölkə vətəndaşlarıdır. Bu Universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğunu və bu sahədə böyük uğurlar əldə olunduğunu əks etdirir.

Ötən illər ərzində tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxana­larından baza xəstəxanası kimi istifadə etmiş, kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılmışdır.

2012-xi ildən Tibb fakültəsinin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığına başlanmışdır. Hal-hazırda Naxçıvan DU-nin rezidentura pilləsində 23 ixtisas üzrə təhsil alan 56 həkim-rezident də muxtar respublikanın bir sıra xəstəxanalarından tədris-klinik baza kimi istifadə edirlər.

Universitetin tibb fakültəsindən Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Səhiyyə sisteminə bu günədək 580-dək həkim məzun verilmişdir. Onlardan 46 nəfəri xarici ölkə vətəndaşıdır.

Tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərməkdədirlər. Məzunlardan bir çoxu hal-hazırda ABŞ, Kanada, İspaniya, Nigeriya, Almaniya, Türkiyə, İran, Kipr, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər.

Tibb fakültəsindən indiyədək məzun olan həkimlərin 132 nəfəri hazırda muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqdadırlar. Muxtar respublika rəhbərliyinin Tibb fakültəsinin məzunlarına göstərdiyi çox yüksək etimadın nəticəsidir ki, məzunlardan 12 nəfəri müxtəlif xəstəxanalarda baş həkim kimi fəaliyyət göstərir. Eyni zamanda məzunlardan 4 nəfəri tibb üzrə fəlsəfə doktoru, dosentdir.

Tibb fakültəsinin qonşu Türkiyə Cümhu­riyyətinin bir sıra Universitetləri ilə uzun illərdir sıx əlaqələri mövcuddur. Buna görə də həmin universitetlərlə istər tədris, istər elmi sahələrdə bir sıra əməkdaşlıqlar, müəllim və tələbə mobilliyi həyata keçirilməkdədir.

Yüksək səviyyəli tibbi mütəxəssislərinin hazırlanması məqsədi ilə Azərbaycan Tibb Univer­si­tetinin, Rusiyanın və Türkiyə Cümhuriyyətinin inkişaf etmiş universitetlərinin müxtə­if ixtisaslı tibb kadrları il ərzində dəfələrlə fakültəyə dəvət olunur, tələbələr üçün mühazi­rələr oxuyur və praktik dərslər keçirlər.

KAFEDRALAR

TƏMƏL TİBB FƏNLƏRİ KAFEDRASI

Kafedra müdiri: Mürsəl Müseyib oğlu Seyidov – biologiya üzrə fəlsəfə doktoru, müəllim

Kafedranın professor – müəllim heyəti:

  • Elsevər Sabir oğlu Əsədov – biologiya üzrə fəlsəfə doktoru, dosent
  • Kubra Abbas qızı Cəfərova – Azərbaycan Respublikasının Əməkdar müəllimi, baş müəllim
  • Şəfiqə Tahir qızı Süleymanova – baş müəllim
  • Günel Fərahim qızı Hümbətova – müəllim
  • Ləman Firdovsi qızı Kərimov – müəllim

 

ÜMUMİ TƏBABƏT VƏ GİGYENA KAFEDRASI

Kafedra müdiri: Gültəkin Budaq qızı Əliyeva – tibb üzrə fəlsəfə doktoru, dosent

Kafedranın professor – müəllim heyəti:

  • Yaşar Rza oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent
  • İlhamə Rafiq qızı Mustafayeva – tibb üzrə fəlsəfə doktoru, müəllim
  • Süleyman Hüseyn oğlu Cəfərov – Azərbaycan Respublikasının Əməkdar həkimi, baş müəllim
  • Malik Məhəmmədəli oğlu Əliyev – baş müəllim
  • Bəxtiyar Məmmədhüsyen oğlu Hüseynov – baş müəllim
  • Abdulla Məhəmməd oğlu Babayev – baş müəllim
  • Güllü Sabir qızı Səfərova – baş müəllim
  • Qadir Abuzər oğlu Əliyev –  müəllim
  • Sara Məmməd qızı Rəhimli – müəllim

 TİBBİ KLİNİK FƏNLƏR KAFEDRASI

Kafedra müdiri: Cəbi Əvəz oğlu İsmayılov – Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, dosent

Kafedranın professor – müəllim heyəti:

  • İsa Əli oğlu Abdullayev – tibb üzrə elmlər doktoru, dosent
  • Elmar ilqar oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent
  • Mətləb Süleyman oğlu İbrahimov – tibb üzrə fəlsəfə doktoru, dosent
  • Sabir Abbasqulu oğlu Novruzov – tibb üzrə fəlsəfə doktoru, müəllim
  • Nüsrət Firudin oğlu Həsənov – tibb üzrə fəlsəfə doktoru, müəllim
  • Yazgül Həsənalı qızı Rzayeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, baş müəllim
  • İbrahim Bəhram oğlu Ağayev – baş müəllim
  • Sara Sahib qızı Rəsulova – müəllim
  • Abbas İbrahim oğlu Əliyev – müəllim

 

ƏCZAÇILIQ VƏ STOMATOLOGİYA KAFEDRASI

Kafedra müdiri: Bəhruz Qibləli oğlu Məmmədov  – pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Kafedranın professor – müəllim heyəti:

  • Rauf Mehralı oğlu Cəfərov – tibb üzrə fəlsəfə doktoru, baş müəllim
  • Əzizə Elxan qızı Hüseynova  – biologiya üzrə fəlsəfə doktoru, baş müəllim
  • Ülkər Mahmud qızı Mahmudova – baş müəllim
  • Çinarə Kamal qızı Məmmədova – baş müəllim
  • Zəminə Cabbar qızı İsmayılova – müəllim
  • Zaur Səbuhi oğlu Hüseynov – müəllim
  • Könül İlyas qızı İsayeva – müəllim
  • Elşad Sədayət oğlu İsmayılov – müəllim

Abbasəli Qurban oğlu Rəsulov – müəllim

ELMİ ŞURA

Tibb fakültəsinin Elmi şurasının 2019-2020-ci tədris ilinin başlanğıcından etibarən aşağıdakı tərkibdə təşkil olunması haqqında sərəncam vermənizi Sizdən xahiş edirəm

s/nSotadı, adı, atasının adıVəzifəsi, elmi dərəcəsi, elmi adı
1Elsevər Sabir oğlu ƏsədovFakültə dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent.
2Abdullayev İsa Əli oğluTibbi klinik fənlər kafedrasının dosenti, tibb elmləri doktoru, dosent
3Rzayev Elmar İlqar oğluTibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, dosent. Universitet Xəstəxanasının baş həkimi, Elmi katib
4Hüseynova Əzizə Elxan qızıTədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, baş müəllim
5Cəfərova Kübra Abbas qızıTəməl tibb fənləri kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Tərbiyə işləri üzrə deakn müavini
6Məmmədov Bəhruz Qibləli oğluƏczaçılıq və stomatologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
7Əliyeva Gültəkin Budaq qızıÜmumi təbabət və gigiyena kafedrasının müdiri,  tibb üzrə fəlsəfə doktoru, dosent
8Seyidov Mürsəl Müseyib oğluTəməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru
9İsmayılov Cəbi Əvəz oğluTibbi klinik fənlər  kafedrasının dosenti,  tibb üzrə fəlsəfə doktoru
10Cəfərov Rauf Mehralı oğluƏczaçılıq və stomatologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru
11Mahmudova Ülkər Mahmud qızıƏczaçılıq və stomatologiya kafedrasının baş müəllimi
12Quliyeva Tünzalə Vüqar qızıFakültə TEC-nin sədri
13Kərimova Nigar Elşən qızıFakültə Tələbə Həmkarlar Təşkilatının sədri
14Yusifova Aygün Əli qızıFakültə Tələbə Gənclər Təşkilatının sədri
15Quliyeva Nuray Ramin qızıFakültə YAP Gənclər Təşkilatının sədri

Əlaqə

Ünvan:Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti

Universitet şəhərciyi, AZ 7012

 

Tel.: (+99436) 544-08-61;    Daxili: 27 00