Botanika muzeyi

Naxçıvan Dövlət Universitetdə “Botanika” muzeyi 15 mart 2003-cü ildə təşkil olunmuşdur. Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.

Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 5000-dən artıq növ bitkinin  herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar vardır. Dərman bitkilərinə, faydalı bitkilərə və həmçinin “Qırmızı kitab”a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunmuşdur. Muzey nadir və məhvolma təhlükəsi qarşısında olan bitkilərin orjinal fotoşəkilləri ilə zənginləşdirilmişdir.

Bitkilərin xəstəlikləri, eləcə də həmin xəstəliklərə qarşı istifadə edilən preparatlar barədə məlumatlar da muzeydə təqdim olunur.

Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı korpusunda yerləşir. Eyni zamanda botanika elminin son nailiyyətlərini əks etdirən kitab və jurnallar muzeydə saxlanılır. Əyani vəsaitlərdən bakalavr və magistrlərin istifadə etmələri üçün əlverişli şərait yaradılmışdır. Belə ki praktiki məşgələ dərsləri təcrübəli müəllimlər tərəfindən burada tədris olunur.

“Botanika”  muzeyinə mərhum, biologiya üzrə fəlsəfə doktoru, dosent  Piriyev Musa Zeynal oğlu 2003-2012-ci illərdə rəhbərlik etmişdir.  Hazırda “Botanika” muzeyinə  2012-ci ildən Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qasımov Hilal Zülal oğlu rəhbərlik edir.