İdman muzeyi

Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır.
Bu muzeydə universitetin idmançı tələbələrinin Naxçıvan muxtar respublika, Azərbaycan Respublikası və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir. Onların arasında tələbələrimizin “Qafqaz universitetləri olimpiadası”nda (Türkiyə, Qars), Birinci Avropa Olimpiadasında (Bakı 2015), Avropa Universitetlərinin futbol çempionatında (Ukrayna, Polşa) və Beynəlxalq turnirlərdə (İran İslam Respublikası, Türkiyə, Rusiya)qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir.
Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, «Universitet» futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir.
İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır.
Muzey, universitetin idman kompleksində yerləşir.
İdman muzeyinə «Tələbə İdman klubu»nun sədri Məmmədəli Rəhimov rəhbərlik edir.