Tələbə Gənclər Təşkilati

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı
Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş Universitet Gənclər Təşkilatı fəaliyyət göstərir.
Təşkilatın fəaliyyətinin əsas istiqamətləri bunlardır:
Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması; gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; onların asudə vaxtının səmərəli təşkil edilməsi; respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi; tələbələrin iştirakı ilə müsabiqələrin ,seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompanyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və.s

2017-ci il oktyabr ayından etibarən NDU Tələbə Gənclər Təşkilatının sədri Səfərova Zümrüd Rasim qızıdır.
2018-ci il və 2019-cu ildə NDU TGT “Muxtar Respublikanın ən yaxşı Tələbə Gənclər Təşkilatı” adını qazanmışdır.