Magistratura mərkəzi

Naxçıvan Dövlət Universitetində magistr hazırlığı 1997-ci ildən başlanmışdır. İlk dəfə 2 ixtisas 7 magistrlə fəaliyyətə  başlayan Universitetimizi   ötən 22 ildə  1730 nəfər magistr bitirmişdir.  Bu qurum 2008-ci ilə qədər şöbə kimi fəaliyyət göstərmiş, 2008-ci ildən isə Universitet Elmi Şurasının qərarı ilə adı dəyişdirilərək  Magistratura üzrə dekanlıq kimi fəaliyyətini davam etdirmişdi. 2019-cu ildən isə Magistratura Mərkəzi kimi fəaliyyət göstərir. Magistratura mərkəzi universitetin 40 kafedrası ilə əlaqəli işləyir.Hazırda I və II kurslarda 71 ixtisaslaşma üzrə 327 magistr təhsil alır.

Naxçıvan Dövlət Universitetinin Magistratura təhsil pilləsində təhsilini davam etdirən magistrantlar üçün yüksək səviyyəli, hərtəfəli biliklərə yiyələnmək üçün hər cür şərait yaradılmışdır. Magistraturanın maddi-texniki bazası təkmilləşdirilmiş, tədris siniflərində 32 dəst kompyüter,  elektron kürsü,  3 elektron lövhə qoyulmuş, sürətli internetə malik olan kompyüter mərkəzi yaradılmışdır. Burada yaradılmış “Azərbaycanşünaslıq mərkəzi”, “Tələbə Turizm Assosasiyası”, “Kitabxana”   bütün ixtisaslaşmalar üzrə təhsil alan magistrantların öz ixtisasları ilə yanaşı elmi dünyagörüşünün, vətənpərvərlik xüsusiyyətlərinin   formalaşmasına xidmət edir.

Magistratura mərkəzində bu ixtisaslaşmalar üzrə magistr səviyyəsində təhsil almaq mümükündür:

·         Azərbaycan dili və ədəbiyyatın tədrisi  metodikası  və metodologiyası

·          Azərbaycan dili

·          Xarici dilin tədrisi metodikası və  metodologiyası  (ingilis dili)

·          Dilşünaslıq (ingilis dili)

·          Dilşünaslıq (alman dili)

·          Dilşünaslıq (fransız dili)

·          Dilşünaslıq (rus dili)

·          Dilşünaslıq (ərəb dili)

·          Dilşünaslıq (fars dili)

·          Azərbaycan ədəbiyyatı

·          Ədəbiyyatşünaslıq (Dünya ədəbiyyatı)

·          Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının  ədəbiyyatı, Amerika ədəbiyyatı)

·           Tarix fənnin tədrisi metodikası və metodologiyası

·          Biblioqrafiyaşünaslıq

·         Sənəd resursları  və informasiya axtarış sistemləri

·          Muzeyşünaslq

·         Arxeoloji  və tarixi memarlıq abidələrinin bərpası

·          Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

·          Beynəlxalq münasibətlər və diplomatiya

·          Dövlət hüququ

·          Mülki və təsərrüfat hüququ

·         İnsan hüquqları

·          İqtisadiyyatın tənzimlənməsi

·          Strateji idarəetmə

·          İstehsal sferasında mühasibat uçotu və audit

·         Beynəlxalq maliyyə valyuta kredit sistemləri

·          Beynəlxalq iqtisadi münasibətlər

·         Makroiqtisadi siyasət

·          Dövlət qulluğunun təşkili və idarə edilməsi

·          Mətbuat tarixi

·          Radio-telejurnalistika

·          Təsviri-incəsənət tarixi və nəzəriyyəsi

·          İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və          metodikası

·          Musiqi fənninin tədrisin  metodikası və metodologiyası

·         Musiqi tənqidi

·         Etnomusiqişünaslıq

·         Memarlıq abidələrinin bərpası və yenidən qurulması

·         Şəhərsalma

·         İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri

·         Turizm və sosial mədəni servis xidməti

·         Otelçilik

·         Botanika

·         Baytarlıq sanitar ekspertizası

·         Parazitologiya və invazion xəstəliklər

·         Onurğasızlar zoologiyası

·         İnsan və heyvan fiziologiyası

·         Bitki fiziologiyası

·         Ekoloji biologiya

·         İnformatika fənninin tədrisi və metodologiyası

·         Fizika fənninin tədrisi və metodologiyası

·         Coğrafiya fənninin tədrisi və metodologiyası

·         Kimya fənninin tədrisi və metodologiyası

·         Biologiya fənninin tədrisi və metodologiyası

·         Riyaziyyat fənninin tədrisi və metodologiyası

·         Təsviri incəsənət fənninin tədrisi və metodologiyası

·         Aktyor ifaçılığının tədrisi  metodikası və metodologiyası

·         Ətraf mühitin  mühafizə metodları və bərpası

·         Pedaqogika nəzəriyyəsi və tarixi

·         Sosial pedaqogika

·         Təhsildə monitorinq və qiymətləndirmə

·         Texnologiya fənninin tədrisin metodikası və metodologiyası

·         Elektroenergetika mühəndisliyi

·         Elektrik şəbəkə sistemləri

·         Yol hərəkətinin təşkili və təhlükəsizliyi

·         Dəmir yolu təsərrrüfatı və onun istismarı

·         Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

·         Gənclərlə iş

·         Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

·         Bədən tərbiyəsi və idmanda tibbi bioloji təminat

·          Meliorasiya –mühəndis  sistemləri tikintisi və istismarı

·         Əczaçlıq texnologiyası

Azərbaycanşünaslıq mərkəzi

Müstəqilliyin  əldə olunması bir çox sahələrdə olduğu kimi, Azərbaycanın kompleks öyrənilməsi sahəsində də yeni addımlar atılmasını mühüm zərurətə çevirdi. Bu zərurət dünyanın müxtəlif ölkələrində yaşayan və eyni etnik, kultroloji tarixin hadisəsi olan əlli milyonluq Azərbaycan xalqının, dilinin, yazısının, dininin, milli dövlətçilik ideyalarının formalaşması və inkişaf prosesini əhatə edir.
XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən azərbaycançılıq elmi təfəkkürünün, ideologiyasının meydana gəlməsi, o dövrün azərbaycanlı mütəfəkkirlərinin əsərlərində müstəqillik, türklük, müsəlmanlıq haqqındakı düşüncələri nəhayət azərbaycanşünaslığın elmi əsaslar üzərində yüksəlməsinə gətirib çıxardı. XX əsrin 30-cu illərində Azərbaycanşünaslığın  əsas prinsipləri formalaşdı.
Azərbaycanşünaslığın  ən mühüm problemlərindən biri Azərbaycan xalqının mənşəyi problemidir. Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkülü tarixi barədə müxtəlif dövrlərdə aparılmış araşdırmalar da bu elm sahəsinin aktual problemi olaraq dəyərləndirilir.
Azərbaycanşünaslıq ideologiyasının təbliği, ölkəmizin və xalqımızın daha geniş və sistemli şəkildə tanıdılması istiqamətində aparılan ən mühüm tədbirlərdən biri də Naxçıvan Dövlət Universitetinin Magistratura səviyyəsində “Azərbaycanşünaslıq” seçmə fənninin tədris olunması və ayrıca olaraq bu sahənin əhatəli araşdırılması və öyrənilməsi üçün «Azərbaycanşünaslıq Mərkəzi» nin istifadəyə verilməsidir.
2011-ci il sentyabr ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov Magistratura üzrə dekanlığın nəzdində «Azərbaycanşünaslıq Mərkəzi» nin açılış mərasimində iştirak etmişdir.
Mərkəzdə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, dili, folkloru və s. əhatə edən dərsliklər, monoqrafiyalar, dövri mətbuat materialları, mövzu ilə bağlı müxtəlif metodik materiallar, proqramlar, atlaslar, xəritələr toplanmış, problemlə bağlı müxtəlif dəyirmi masaların keçirilməsi üçün şərait yaradılmışdır.

Dərs cədvəli

Qəbul və qeydiyyat prosesi

Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş magistrantlar aşağıda göstərilən sənədləri  magistratura üzrə dekanlığa təqdim edərək qeydiyyatdan keçməlidirlər

1. Cari ilin məzunları  bitirdikləri ali məktəbin tədris şöbəsindən Universiteti bitirmələri haqqında diplomu əvəz edəcək arayış;

2.   Əvvəlki ilin məzunları bakalavr diplomunun və qiymət cədvəlinin əsli və  surəti;

3.  Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

4.  Bakalavrın imtahan nəticəsi haqqında məlumat  (şəxsi kabinetinin istifadəçi adı və şəxsi kabinetinin parolunu daxil  etməklə DİM-nin saytından qəbul haqqında çıxarış);

5.  Tərcümeyi-hal (ətraflı yazılmaqla);

6.  4 ədəd (3×4 ölçüdə)  şəkil;

7.  Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqının ödənilməsi haqqında qəbz  (Naxçıvan MR Mərkəzi bankına ödənilməklə);

Hansı şəxslərin təhsil haqqından azad olunduğu və təhsil haqqından azad olunan şəxslərin hansı sənədləri təqdim etməli olduğu siyahıya buradan baxa bilərsiniz.

8.  Vahid geyim formasının alınması haqqında qəbz:  Naxçıvan Tikiş fabriki  (Şəfa xəstəxanasının yanı);

9.  Qovluq və fayl.

Əlaqə telefonu:     (+99436) 544-08-61          Daxili nömrə: 33-00, 33-01

(050 370-12-59)                     (070 370- 12-60) (WhatsApp)

Qəbul planı

2020-2021-ci tədris ili üçün

 

 

 

İxtisasların şifri İxtisaslar qrupu və ixtisaslar üzrə ixtisaslaşmaların adı Cəmi Azərbaycan   bölməsi (əyani)  

2018-ci ildə ixtisaslar üzrə faktiki qəbul

Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği (manat)
1 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 6
  Azərbaycan dili və ədə­biy­yatının tədrisi metodikası və meto­do­lo­giyası 6 1300 4
2 060103 Xarici dil müəllimliyi  (dillər üzrə) 8    
    Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) 8 1300 6
3 060201 Filologiya 26  
    -Dilşünaslıq  (ingilis dili) 12 1500 9
-Dilşünaslıq (fransız dili) 1 1300 1
-Dilşünaslıq (alman dili) 1 1300
-Dilşünaslıq (ərəb dili) 1 1200
-Dilşünaslıq (rusdili) 1 1200
-Dilşünaslıq (fars dili) 1 1200
Ədəbiyyatşünaslıq, (Dünya ədəbiyyatı) 2 1300
-Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) 2 1300 2
Azərbaycan ədəbiyyatı 2 1300
Azərbaycan dili 3 1300 3
4 060107 Texnologiya müəllimliyi 3  
  Texnologiya fənninin tədrisin metodikası və metodologiyası 3 1300 1
5 060108 Musiqi müəllimliyi 2
Musiqi fənninin tədrisi metodikası və metodologiyası 2 1300
6 060119 Pedaqogika 27
Pedaqogika nəzəriyyəsi və tarixi 9 1300 10
Sosial pedaqogika 9 1300 9
Təhsildə qiymətləndirmə və monitorinq 9 1300 5
7 060204 Jurnalistika 2
Mətbuat tarixi 1 1300
Radio-telejurnalistika 1 1300
8 060111 Tarix müəllimliyi 3
Tarix fənninin tədrisi metodikası və metodologiyası 3 1300 3
10 060301 Muzeyşünaslıq, arxiv və abidələrin qorunması 4

Muzeyşünaslıq 2 1300 3
Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi 2 1300 2
11 060213 Beynəlxalq münasibətlər  4
Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi 2 1500
Beynəlxalq münasibətlər və diplomatiya 2 1500 2
12 060215 Kitabxanaçılıq və informasiya 4
Biblioqrafiyaşünaslıq 2 1300

Sənəd resursları və informasiya axtarış sistemləri 2 1300 2
13 060212 Hüquqşünaslıq 19  
Dövlət hüququ 8 1800 7
Mülki və təsərrüfat hüququ 7 1600 7
İnsan hüquqları 4 1600 2
14 060311 Aktyor sənəti 2

Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi 2 1300 1
15 060304 Solo oxuma 1

Vokal ifaçılığının tarixi və nəzəriyyəsi 1 1300
16 060302 Sənətşünaslıq 5  
Təsviri incəsənət tarixi və nəzəriyyəsi 5 1300 5
17 060303 İnstrumental ifaçılıq 4  
İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası  (musiqi alətləri üzrə) 4 1300 3
18 060307 Musiqişünaslıq 9  
Musiqi tənqidi 6 1300 4
Etnomusiqişünaslıq 3 1300 1
19 060401 Dünya iqtisadiyyatı 3   2
Beynəlxalq iqtisadi münasibətlər 1 1500
Azərbaycanın xarici iqtisadi əlaqələri 1 1500
Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri 1 1500 1
20 060402 Mühasibat uçotu və audit 2
İstehsal sferasında mühasibat uçotu və audit 2 1300 3
21 060404 İqtisadiyyat 11
İqtisadiyyatın tənzimlənməsi 9 1300 7
Aqrar sahənin iqtisadiyyatı 2 1300
Makroiqtisadi siyasət 2 1300 1
22 060407 Menecment 5
Strateji idarəetmə 3 1300
Menecment (müəssisələrin təşkili və idarəedilməsi) 2 1300 1
23 060410 Dövlət və bələdiyyə idarəetməsi 2
Dövlət qulluğunun  təşkili və idarə edilməsi 2 1400
24 060105 Riyaziyyat müəllimliyi 3
Riyaziyyatın tədrisi metodikası və metodologiyası 3 1300 3
26 060113 İnformatika müəllimliyi 6
  İnformatika fənninin tədrisi metodikası və metodologiyası 6 1300 6
28 060104 Fizika müəllimliyi 3
Fizika fənninin tədrisi metodikası və metodologiyası 3 1300

 

3
30 060110 Kimya müəllimliyi 3
Kimya fənninin tədrisi metodikası və metodologiyası

3 1300
32 060109 Biologiya müəllimliyi 3
Biologiya fənninin tədrisi metodikası və metodologiyası 3 1300 4
33 060505 Biologiya 14  
    İnsan və heyvan fiziologiyası 3 1400
    Onurğasızlar zoologiyası 3 1400
    Botanika 4 1400
    Ekoloji biologiya

Bitki fiziologiyası

2

2

1300

1300

34 060701 Torpaqşünaslıq və aqrokimya
2
Torpaqşünaslıq 2 1300 4
34 060112 Coğrafiya müəllimliyi 3
Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası 3 1300 4
36 060649 Ekologiya 2
Bərk tullantıların emalı texnologiyası 2 1300
38 060608 Elektroenergetika mühəndisliyi 2
Elektroenergetika 2 1300 1
39 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi 2
Yol hərəkətinin təşkili və təhlükəsizliyi 2 1300
40 060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 18
İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri 10 1500 10
İdarəetmədə informasiya sistemləri 8 1500 3
41 060114 Təsviri incəsənət müəllimliyi 2
Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası 2 1300
42 060633 Memarlıq 3
Memarlıq abidələrinin bər­pası və yenidən quruluması 2 1500 1
Şəhərsalma 1 1300 1
43 060704 Baytarlıq 6
Baytarlıq sanitar ekspertizası 2 1000
Parazitologiya və invazion xəstəliklər 2 1000
Mamalıq ginekologiya və süni mayalanma 2 1000
44 060803 Turizm və otelçilik 6
Turizm və sosial mədəni servis xidməti 4 1400 4
Otelçilik 2 1400 1
45 060802 Bədən tərbiyəsi və idman 4  
Fiziki tərbiyə nəzəriyyəsi və metodikası 2 1300 2
Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat 2 1300 2
46 060637 Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 1
Meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı 1 1300 1
47 060805 Sosial iş 9
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 5 1300 3
    Gənclərlə iş 4 1300
48 060621 Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi 2

 

  1
    Dəmir yolu təsərrüfatı və onun istismarı 2 1300
49 060801 Əczaçılıq 2
   
    Əczaçılıq texnologiyası 2 1500
Cəmi: 248   157