Ümumi məlumat

Ümumi məlumat

Naxçıvan Dövlət Universitetinin əsas struktur sahələrndən birini Xarici tələbələrlə iş üzrə dekanlıq təşkil edir.

Bu dekanlıq universitetdə təhsil almağa başlayan xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, eyni zamanda ayrı – ayrı fakültələrdə bakalavr  və  magistr səviyyələri üzrə təhsil alan xarici tələbələrin bütün qayğı və problemlərinin həlli ilə məşğul olur. Hazırlıq kurslarında xarici tələbələrə Azərbaycan dili ilə yanaşı seçdikləri ixtisaslara uyğun olaraq baza fənləri də tədris edilir. Hazırlıq kursunun sonunda dinləyicilər buraxılış imtahanı verirlər. Buraxılış imtahanlarından müvəffəq qiymət alanlar seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar.

İxtisaslar.

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

QƏBUL QAYDALARI

Qəbul qaydaları və tələb olunan sənəndlər.

Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may  2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin  və  vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na  uyğun aparılır.

Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri universitetə şəxsən təqdim etməlidirlər. Sənədləri müvafiq komissiya tərəfindən qəbul olunan vətəndaş müsahibələrə daxil edilir, müsahibələrdən uğurla keşən vətəndaşlar dinləyici olaraq hazırlıq kurslarına qəbul olunurlar.

Qəbul üçün tələb ounan sənədlər:

  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • Bitidriyi təhsil pilləsi üzrə attestat və ya diplom;
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq və QİÇS haqqında arayışlar;
  • milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
  • tərcümeyi-hal;
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil.

Qeyd:

  • Müraciət zamanı sənədlərin elektron göndərilməsi də mümkündür. Bu zaman əcnəbi vətəndaşa dəvət məktubu göndərilir. Bundan sonra əcnəbi vətəndaş sənədlərinin əsalini və fotosurətlərini təqdim edərək müsahibələrdə iştirak edir.
  • Azərbaycan Respublikasından kənarda bakalavr dərəcəsi almış əcnəbi tələbə magistraturada təhsil almaq üçün sənədlərini təqdim etməzdən əvvəl diplomunun ekvivalentliyini Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməlidir. Bundan sonra təsdiq olunmuş diplomunu və notarial qaydada təsdiq olunmuş surətini bakalavr pilləsinə qəbul olunmaq üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim etməlidir.

İXTİSASLAR

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

Bakalavriat:

Riyaziyyat müəllimliyi
Fizika müəllimliyi
Riyaziyyat və informatika müəllimliyi
Fizika
Kimya müəllimliyi
Biologiya müəllimliyi
Coğrafiya müəllimliyi
Baytarlıq
Torpaqşünaslıq və aqrokimya
Biologiya
Elektroenergetika mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Ekologiya mühəndisliyi
Memarlıq
İnformasiya texnologiyaları
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Geodeziya və xəritəçilik mühəndisliyi
Geologiya mühəndisliyi
Turizm və otelçilik
Dövlət və bələdiyyə idarəetməsi
Hüquqşünaslıq
Sosial iş
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi
Texnologiya müəllimliyi
Bədən tərbiyəsi və idman
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Tarix müəllimliyi
Jurnalistika
Kitabxanaçılıq və informasiya
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
Tarix
Xarici dil müəllimliyi (İngilis dili)
Xarici dil müəllimliyi (Fransız dili)
Xarici dil müəllimliyi (Alman dili)
Xarici dil müəllimliyi (Rus dili)
Tərcümə (İngilis-Azərbaycan dilləri)
Tərcümə (Ərəb-Azərbaycan dilləri)
Tərcümə (Fars-Azərbaycan dilləri)
Beynəlxalq münasibətlər
Mühasibat uçotu və audit
İqtisadiyyat
Dünya iqtisadiyyatı
Menecment
Müalicə işi
Tibbi profilaktika
Stomotologiya
Əczaçılıq
Musiqişünaslıq
Xalq çalğı alətləri ifaçılığı
İnstrumental ifaçılıq (Fortepiano)
İnstrumental ifaçılıq (Simli alətlər)
İnstrumental ifaçılıq (Nəfəs alətləri)
Solo oxuma
Bəstəkarlıq
Aktyor sənəti
Musiqi müəllimliyi
Təsviri incəsənət müəllimliyi
Dirijorluq
Rənkarlıq
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Filologiya
Tarix müəllimliyi
Jurnalistika
Kitabxanaçılıq və informasiya
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
Pedaqogika
Texnologiya müəllimliyi
Bədən tərbiyəsi və idman
Beynəlxalq münasibətlər
Xarici dil müəllimliyi (dillər üzrə)
Hüquqşünaslıq
Dövlət və bələdiyyə idarəetməsi
Turizm və otelçilik
Sosial iş
Mühasibat uçotu və audit
İqtisadiyyat
Dünya iqtisadiyyatı
Menecment
Riyaziyyat müəllimliyi
Fizika müəllimliyi
İnformatika müəllimliyi
Kimya müəllimliyi
Biologiya müəllimliyi
Coğrafiya müəllimliyi
Baytarlıq
Ekologiya
Musiqi müəllimliyi
Solo oxuma
Bəstəkarlıq
Aktyor sənəti
Sənətşünaslıq
Musiqişünaslıq
İnstrumental ifaçılıq
Təsviri incəsənət müəllimliyi
Memarlıq
İnformasiya texnologiyaları
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Elektroenergetika mühəndisliyi
Əczaçılıq
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası
Ümumi iqtisadiyyat
Ümumi pedaqogika, pedaqogikanın və təhsiln tarixi
Musiqi sənəti
Sosial fəlsəfə
Mikrobiologiya
Ümumi fəlsəfə
Analiz və funksional analiz
Təlim və tərbiyyə nəzəriyyəsi və metodikası
Ümumi tarix
    Anesteziologiya və reanimatologiya
     Ümumi cərrahiyyə
     Ürək-damar cərrahiyyəsi
     Otoroinorinqologiya
     Urologiya
     Oftomologiya
     Mama ginekologiya
     Terapiya
     Yoluxucu xəstəliklər
     Fitiziotriya
     Patoloji anatomiya
     Pediatriya
     Stomotologiya
     Sosial gigiyena və səhiyyənin təşkili
     Laborotoriya işi
     Epidemologiya

MÜQAVİLƏ NÜMUNƏSİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
qeydiyyatı
“___”_________201_   -ci il
Xarici tələbələrin ödənişli əsaslarla təhsili haqqında

M Ü Q A V İ L Ə №-

Naxçıvan şəhəri                                               “___”_________201_   -ci il

Ali məktəbin rektoru şəxsində bir tərəfdən Naxçıvan Dövlət universitetinin rektoru, Biologiya elmləri doktoru, professor S.H.Məhərrəmov və bundan sonra əcnəbi dinləyici adlandırılan  _____________________ vətəndaşı  ______________________ digər tərəfdən aşağıdakı məzmunda müqavilə başlayırlar:

1. Ali məktəb əcnəbi vətəndaşın____________________________ ixtisası üzrə müqavilə yolu ilə müvafiq təhsil proqramları əsasında ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür.
Əcnəbi vətəndaş hazırlıq fakültəsini (şöbəsini) bitirdikdən sonra ali məktəbin birinci kursuna daxil olmaq üçün Azərbaycan Respublikasi Təhsil   Nazirliyinin təsdiq etdiyi məbləğdə ______ AZN manatı bank vasitəsi ilə ali məktəbin xəzinəsinə köçürülür.

2. Ali məktəb aşağıdakıları öz üzərinə götürür:

  • dərslərin müvafiq təhsil proqramlarına uyğun yüksək elmi-metodiki səviyyədə aparılmasını təmin edir.
  • kitabxana, idman kompleksi, tibbi xidmətdən istifadə etmək üçün əcnəbi tələbəni  azərbaycanlı tələbələrin malik olduqları hüquqlarla təmin edir.
  • əcnəbi tələbə (magistrant, doktorant) təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra ona ixtisas və dərəcə almasını göstərən müvafiq dövlət sənədi diplom verilir.
  •  Ali məktəb əcnəbi vətəndaşın tələbəliyinin mənsub olduğu ölkə tərəfindən tanınmasını öz öhdəsinə götürmür.
  • Əcnəbi tələbəyə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada çıxış-giriş vizalarının alınmasında köməklik göstərir.
  • Ali məktəb əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması, pasport qeydiyyatı, viza alması, vətənə gedib gəlməsi, o cümlədən, Azərbaycan Respublikası ərazısındə səfərləri ilə əlaqədar xərcləri ödəmir.

3. Əcnəbi vətəndaş aşağıdakıları öz öhdəsinə götürür:

  • ali məktəb Azərbaycan Respublikasi Təhsil   Nazirliyinin (Əcnəbi vətəndaş-ların hazırlıq fakültəsində təhsili haqqında) Əsasnaməsində göstərilən sənədləri  təqdim edir;
  • əcnəbi tələbə üzürsüz səbəbdən dərs buraxmamalı, tədris proqramında nəzərdə tutulan kurs işi, zaçot və imtahanları müəyyən edilmiş vaxtda verməlidir;
  • əcnəbi tələbə kursda saxlanıldıqda həmin il üçün yenidən təhsil haqqını ödə-məlidir;
  • təhsil müəssisəsinin daxili qaydalarına riayət edir, onun əmlakının korlanmasına yol vermir, təqsiri üzündən təhsil müəssisəsinə verilmiş ziyanı ödəyir;
  • bütün təhsil müddətini müqavilədə göstərilən ödənişli əsaslarla davam etdirir.

4. Ali məktəb aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış müqaviləni ləvğ etmək hüququna malikdir:

  • daxili intizam qaydaları kobud surətdə pozulduqda, təhsil haqqı göstərilən müddətdə ödənilmədikdə, əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb olunduqda;
  • əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması qaydaları pozulduqda.

5. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbə görə təhsilini təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən səbəblərdən ali məktəbdən xaric olunduğu təqdirdə ödənilməsi təhsil haqqı geri qaytarılmır.

6. Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilir;

  •  xüsusi hallarda Azərbaycan Respublikası Arbitraj məhkəməsində baxılır.

7. Əcnəbi vətəndaşın ali məktəbə qəbul olması haqqında əmr təhsil haqqı bank hesabına keçirildiyi və müvafiq müqavilə bağlandıqdan sonra 20 gün ərzində verilir.

8. Əcnəbi vətəndaşa arayış və digər sənədlər təhsil aldığı dildə və müvafiq formada verilir.

9. Müqavilə ilə bağlı dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə edilir və hər iki tərəf imzaladıqdan sonra QÜVVƏYƏ MİNİR.

10. Müqavilə imzalandiği tarixdən 10 gündən gec olmayaraq ali məktəb tərəfindən Azərbaycan Respublikasi Təhsil   Nazirliyinə təqdim edilir və burada  qeydiyyatdan keçdiyi gündən qüvvəyə minir.

11. Müqavilə Azərbaycan dilində 3 nüsxədə tərtib olunmuş və imzalanmışdır. Hər üç müqavilə eyni hüquqi qüvvəyə malikdir. Müqavilənin bir nüsxəsi ali məktəbdə, ikinci nüsxəsi əcnəbi vətəndaşın özündə, üçüncü nüsxə isə Azərbaycan Respublikasi Təhsil   Nazirliyində saxlanılır.

Ali məktəb tərəfindən                                  Əcnəbi vətəndaş tərəfindən

Rektor :                                                         ____________________

Əlaqə

Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti

Universitet şəhərciyi, AZ 7012

 

Tel.:  (+99436) 544-08-61;    Daxili: 1280