FAKÜLTƏ HAQQINDA

1969-ci ildə Naxçıvan Muxtar Respublikasında olan tələbatı nəzərə alaraq “Biologiya” və “Coğrafiya” ixtisasları daxil olan “Biocoğrafiya” fakültəsi açılır.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi 1972-ci ilin oktyabr ayında Coğrafiya fakültəsi kimi yaradılmışdır. Sonradan Təbiət-Coğrafiya adlanan fakültə 2009-cu ildən Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi adı ilə fəaliyyətini davam etdirir.

Fakültəmizdə uyğun ixtisaslarda laboratoriyalar, kabinələr, muzeylər fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
Baytarlıq

Biologiya (əyani və qiyabi şöbələr)

Biologiya müəllimliyi

Coğrafiya müəllimliyi

Kimya müəllimliyi

Torpaqşünaslıq və aqrokimya

Fakültə dekanı: kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmud oğlu Mahmudov
Tədris işləri üzrə dekan müavini: biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Zülal oğlu Qasımov

Fakültədə  5 kafedra fəaliyyət göstərir.

1.Baytarlıq təbabəti kafedrası

2.Botanika kafedrası

3.Coğrafiya kafedrası

4.Kimya kafedrası

5.Zoologiya kafedrası

KAFEDRALAR

Baytarlıq təbabəti kafedrası

Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul 2005-ci ildən aparılır.   Baytarlıq ixtisası 2007-ci ilədək Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Zoologiya kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 2007-ci ildə ayrıca Baytarlıq kafedrası yaradılmışdır. Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışa əsasən, Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tabeliyində olan “Baytarlıq” kafedrasının adı dəyişdirilərək “Baytarlıq təbabəti” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisasların (proqramların) Təsnifatında ixtisasın şifri və adı – 050704 Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedranın, həm də ixtisasın adı Baytarlıq təbabəti adlanır.

İxtisasın profilinə uyğun olaraq, Baytarlıq təbabəti kafedrası ayrıca tədris korpusu ilə təmin olunmuşdur.

Kafedra müdiri: baytarlıq üzrə fəlsəfə doktoru, dosent, Yunis Məmmədəli oğlu Rüstəmli
Kafedranın professor – müəllim heyəti:

   Botanika kafedrası

Biologiya kafedrasının bazasında 14.XII.1990 –cı il 6№ saylı protokolundan çıxarışa əsasən Botanika və Zoologiya kafedraları yaradılmışdır.
1990-2003-cü ilə qədər kafedra müdiri b.ü.e.d. prof. Tariyel Talıbov olmuşdur. 2003-2008-ci illərdə b.ü.f.d., dosent Akif Mərdanlı, 2008-2017-ci ilə qədər b.ü.f.d., dosent Musa Piriyev kafedraya rəhbərlik etmişlər. 2017-ci ilin aprelindən isə b.ü.e.d., dosent Daşqın Qənbərov kafedra müdiri işləyir.

Kafedra müdiri: biologiya üzrə elmlər doktoru, dosent Daşqın Şahbaz oğlu Qənbərov
Kafedranın professor – müəllim heyəti:

Coğrafiya kafedrası

1972-ci ildə Coğrafiya kafedrası yaradılmışdır. Kafedraya 1972-1978-ci illərdə c.e.n., dosent Səfərəli Babayev, 1978-1990 illərdə Biocoğrafiya kafedrasına b.e.n., dosent Abbas Mehdiyev, 1990-2003-cü illərdə c.e.n., dosent Səfərəli Babayev, 2003-2016-cı ilə qədər c.ü.f.d., dosent Nazim Bababəyli rəhbərlik etmişlər. 2016-cı ildən isə c.ü.f.d., dosent Əli Həsənov kafedraya rəhbərlik edir.
Kafedra müdiri: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmməd oğlu Həsənov
Kafedranın professor – müəllim heyəti:

  Kimya kafedrası

Kimya kafedrası 1977-ci ildə yaradılmışdır. Kafedraya 1975-1976-cı illərdə k.e.n. Emil Rəcəbli, 1976-1984-cü illərdə k.e.d., prof. Əkbər Nəsirov, 1984-1990-cı illərdə k.e.d., dosent Qasım Hüseynov, 1990-1999-cu illərdə k.e.n., dosent Yasin Babayev, 1999-2019 cü illərdə k.ü.e.d., prof. Tofiq Əliyev rəhbərlik etmişlər. 2019-cu ilin oktyabrından isə k.ü.e.d., prof. Yasin Babayev kafedraya rəhbərlik edir.
Kafedra müdiri: kimya üzrə elmlər doktoru, professor Yasin Nağı oğlu Babayev
Kafedranın professor – müəllim heyəti:

Əliəddin Dəyyan oğlu Abbasov – kimya üzrə elmlər doktoru, dosent

  • Akif Səttar oğlu Əliyev – Naxçıvan MR-in Əməkdar müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent
  • Firdovsi Xanbaba oğlu Qasımov – kimya üzrə fəlsəfə doktoru, dosent
  • Mirnazim Adil oğlu Seyidov – kimya üzrə fəlsəfə doktoru, dosent
  • Şəmil Mahmud oğlu Mahmudov – kimya üzrə fəlsəfə doktoru, dosent
  • İsgəndər Sultan oğlu Mehdiyev – baş müəllim
  • Sevinc Şahbaz qızı Bağırova – müəllim
  • Nailə Möhsün qızı Kazımova – müəllim

 

Zoologiya kafedrası

Biologiya kafedrasının bazasında 14.XII.1990 –cı il 6№ saylı protokolundan çıxarışa əsasən Botanika və Zoologiya kafedraları yaradılmışdır.

Kafedraya 1990-1996-cı illərdə b.e.n., dosent Abbas Mehdiyev, 1996-2013-cü llərdə b.e.n., dosent Asif Axundov, 2013-cü ilin may ayına qədər b.ü.e.d., dosent Saleh Məhərrəmov rəhbərlik etmişlər. 2013-cü ilin may ayından sonra kafedraya b.ü.f.d., dosent Həbib Hüseynov rəhbərlik edir
Kafedra müdiri:  biologiya üzrə fəlsəfə doktoru, dosent  Həbib Təyyar oğlu Hüseynov
Kafedranın professor – müəllim heyəti:

  • Saleh Heydər oğlu Məhərrəmov – AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor
  • İsmayıl Əliqulu oğlu Sadiqov – biologiya üzrə fəlsəfə doktoru, dosent
  • Asif Həmzə oğlu Axundov – biologiya üzrə fəlsəfə doktoru, dosent
  • Səxavət Səmərqənd oğlu Bayramov- aqrar elmlər üzrə fəlsəfə doktoru, baş müəllim
  • Zərövşən Yaşar qızı Babayeva – pedaqogika üzrə elmlər doktoru, dosent
  • Hüseyn Məmməd oğlu Novruzov – baş müəllim
  • Leylabəyim Mirməmməd qızı Seyidova – müəllim

ELMİ ŞURA

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd          

təsərrüfatı fakultəsinin  Şura  Üzvləri

Soyadı,adı və ata adı Vəzifəsi
1. Mahmudov Şəmil M.o. Təbiəşünaslıq və k/t  fak.dekanı, dos. – sədr
2. Qasımov Hilal  Z.o. Tədris üzrə dekan müavini, dos. –sədr müavini
3. Babayev Yasin N.o. Kimya kafedrasının müdiri, professor- üzv
4. Rüstəmli Yunis M.o. Baytarlıq təbabəti  kafedrasının müdiri,dos. – elmi katib
5. Hüseynov Həbib T. o. Zoologiya kafedrasının müdiri,  dosent- üzv
6. Həsənov Əli   M. o. Coğrafiya kafedrasının müdiri,  dosent – üzv
7. Qənbərov Daşqın Ş. o. Botanika kafedrasının müdiri,  dosent – üzv
8. Məmmədov Etibar N.o. Magistatura fak. dekanı,  dosent – üzv
9. Sadiqov İsmayıl  Ə. o. Zoologiya kafedrasının dosent- üzv
10. Axundov Asif H. o. Zoologiya kafedrasının dosent- üzv
11. Seiydli  Mirmahmud M.o. Fakültə həmkarlar təşkilatının  sədri, dosent -üzv
12. Qasımov Firdovsi X. Kimya kafedrasının dosenti – üzv
13. Mehdiyev İsgəndər  S. o. Kimya kafedrasının müəllimi – üzv
14. Camalbəyli Səma K.q. TGT-in  sədri
15. Babayev Sahil Yadigar o. –YAP təşkilatının sədri  -üzv
16. Mədətova Bənövşə T.  q. Adlı təqaüdcü (H.Əliyev adına təqaüdçü)
17. Kazımov Kazım  X.o. Adlı təqaüdcü

Əlaqə

Ünvan: Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti

Universitet şəhərciyi, AZ 7012

 

Tel.:  (+99436) 544-08-61;    Daxili: 31 00